SIĞORTA

Avtomobil sığortası bazarında nə dəyişib? -TƏHLİL
27 İYUL
484

Avtomobil sığortası bazarında nə dəyişib? -TƏHLİL

2018-07-27 10:47:00

Azərbaycanda  avtomobilərin  icbari sığortasında azalma, kasko  sığortasında isə keçən illə müqayisədə artım olub. Bu barədə Fins.az  Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP)  hesabatına istinadən xəbər verir.  

Hesabata əsasən, bu ilin ilk 6 ayının nəticələrinə görə, avtomobilərin icbari sığortası üzrə yığımlar 44 524 min manat olub ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 184 min manat və ya 1% azdır (keçən il yığımlar 44 708 min manat olmuşdu).

İcbari sığortanın ödənişlərində bu il artım olub belə ki, keçən il gəlirin 19 903  min manat, 44% ödəniş olnub. 2018-ci il bu göstərici 24 076 min manat yəni 54% olub. Məsələn, ötən il 100 manatın 44 manatı, bu il isə 54 manatı ödəniş kimi istifadə edilb.Bu ilin ödənişi, keçən ilin ödənişindən 4 173 min manat və ya 21% çoxdur.

Kasko sığortasında bu il artım müşahidə edilib.2017-ci il bu göstərici 10 560 min manat olsa da bu il, 12 553 min manat təşkil edib. Belə ki, 2018-ci il artım 1 993 min manat, yəni 18% olub.

Sığorta ödənişlərində bu il azalma müşahidə edilib. Ötən il 5 711 min manat və ya 54% olmuşdursa, bu il 4 227 min manat, yəni 33% olub. Məsələn, keçən ilin ilk 6 ayı, 100 manat gəlir üçün 54 manat ödəniş edilibsə, bu ilin eyni dövürü bu 33 manatda qərarlaşıb.

Ümumi kasko sığortasının ödənişlərinin  dəyişməyə baxdıqda azalma 2018-ci ilin yanvar-iyun ayında  1 484 min manat və ya 26% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253