SIĞORTA

Kasko Butik “İlin təklifi” mükafatına layiq görülüb
25 İYUL
433

Kasko Butik “İlin təklifi” mükafatına layiq görülüb

2018-07-25 11:13:00

Yarandığı qısa müddət ərzində sürücülərin və avtomobil sahiblərinin rəğbətini qazanan Kasko Butik layihəsi 21-22 iyul tarixlərində Azərbaycanda 15 ci dəfə təşkil olunan Qafqaz Motor Şouda iştirak edib. 

 Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhərində təşkil olunan sərgiyə 2 gun ərzində yüzlərlə ziyarətçi baş çəkib. Kasko Butik komandası sərgidə hər kəsi maraqlandıran suallara cavab verməklə yanaşı bir sıra ziyarətçiləri hədiyyələrlə sevindirib.

 Gecənin sonunda isə sevinən tərəf Kasko Butikin özü olub. Belə ki, avtomobil sektorunda təqdim edilən nüfuzlu “Qızıl çarx” mükafatına “İlin təklifi” nominasiyasında Kasko Butik layiq görülüb. 

 Məlumat üçün bildiririk ki, ötən ilin sonlarında ‘’Öz ölçünü seç’’ devizi ilə fəaliyyətə başlayan Kasko Butik bir sıra inqilabi yeniliklər etməklə, qısa müddətdə yüzlərlə sürücünün sevimli brendinə çevrilib. Xüsusilə də: 

 -zərərin 59 dəqiqə ərzində ödənilməsi;

-sürücülərin taksi xidməti ilə təmin olunması; 

-pulsuz evakuasiya; 

-təmir məntəqəsinin sürücünün özü tərəfindən seçilməsi;

-avtomobilin istehsal ilinə məhdudiyyət qoyulmadan sığortalana bilməsi;

-köhnəlmə əmsalı tətbiq olunmadan zərərin tam ödənilməsi;

-bütün proseslərin müasir onlayn platforma vasitəsilə operativ həll olunması;

-24/7 dəstək imkanı və onlarla digər maraqlı imtiyazlar sığortalıların marağına səbəb olub. 


Layihə Azərbaycanın ən böyük və yeganə Lloyds broker şirkəti olan Zaman Broker tərəfindən ərsəyə gətirilib və uğurla icra olunur. 

Ətraflı məlumat üçün:

*2222 yə zəng edə və ya 2222.az saytına daxil ola bilərsiniz. 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254