SIĞORTA

Vaqif Əsədovdan sığortasız avtomobillərlə bağlı -AÇIQLAMA
25 İYUL
741

Vaqif Əsədovdan sığortasız avtomobillərlə bağlı -AÇIQLAMA

2018-07-25 12:08:00

Bu ilin birinci yarısında icbari sığortasız 500-dən artıq avtomobil sahibi cərimələnib. Bunu Fins.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov deyib. O bildirib ki, bir neçə il əvvələ qədər avtomobillərin icbari sığortası ilə bağlı problemlər var idi. Ona görə aşkar edilən sığortasız avtomobillər daha çox idi. Hazırda isə sistem avtomotik çalışdığı üçün sürücü ilə  yol polisi arasında heç bir problem yaranmır.  

O əlavə edib ki, avtomobillərin sığortalanması yol qəza hadisəsi ilə bağlı bütün problemləri həll edir: "İcbari sığorta yol polisi ilə sürücü arasında münasibətləri tənzilməyir. Sürücülər arasında narazılığı aradan qaldırır. Ona görə də heç bir müzakirə olmadan hər bir nəqliyyat vasitəsi sığorta edilməlidir. Əgər avtomobil sığortalanmırsa, bizim kameralarımız qeydə alır və elektron qərar qəbul edilir".    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255