SIĞORTA

Azərbaycanda sığorta vasitəçiliyi ilə bağlı attestasiya başladı
24 İYUL
318

Azərbaycanda sığorta vasitəçiliyi ilə bağlı attestasiya başladı

2018-07-24 11:44:00

Bu gündən başlayaraq iyulun 27-nə qədər Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi və aktuari şəhadətnaməsi almaq istəyən namizədlər üçün attestasiya keçirəcək. Fins.az Palataya istinadən xəbər verir ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarına əsasən müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət edən şəxslər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər attestasiyaya dəvət olunurlar.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259