SIĞORTA

Sığorta bazarı ilə bağlı "Strateji Yol Xəritəsi" necə icra edilib?
23 İYUL
328

Sığorta bazarı ilə bağlı "Strateji Yol Xəritəsi" necə icra edilib?

2018-07-23 14:32:00

Sığorta bazarı ilə bağlı "Strateji Yol Xəritəsi"nin icra vəziyyəti məlum olub. Sığorta bazarının inkişafı ilə bağlı işlərin 91%-i, sığorta fəaliyyətinin tənzimlənməsi və ona nəzarət mexanizminin gücləndirilməsi üzrə işlərin 92%-i icra edilib. Ümumilikdə isə sığorta bazarı üzrə icra edilməli olan 4 tədbirdən 3-ü, yəni 75%-i icra edilib. Belə ki, sığorta bazarının inkişafı üzrə qabaqcıl beynəlxalq təcrübə öyrənilmiş və cari vəziyyətin diaqnostikasının aparılması təmin edilib. Nəticədə, hər bir sığorta sahəsi üçün əməliyyat modeli müəyyənləşdirilmiş, hüquqi, tənzimləyici və institusional çərçivənin formalaşdırılması məqsədilə bir sıra təkliflər hazırlanıb. Bundan əlavə, hər bir sığorta növü üzrə məlumat sisteminin yaradılması və mübadilə proseslərinin təşkili ilə əlaqədar beynəlxalq təcrübə araşdırılıb. Sığorta bazarının inkişafı məqsədilə “Sığorta sektorunun tənzimlənməsi və nəzarəti üzrə 2017-2019-cu illəri əhatə edən Tədbirlər Planı” hazırlanaraq təsdiq edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260