SIĞORTA

Sığorta şirkətlərinin sağlamlaşdırılması qaydaları dəyişir -YENİLİK
23 İYUL
317

Sığorta şirkətlərinin sağlamlaşdırılması qaydaları dəyişir -YENİLİK

2018-07-23 12:00:00

"Mövcud sığorta şirkətlərinin 5 mln. manatlıq minimal kapital tələbi var. Bu tələbdən az olduqda nəzarət orqanı şirkətə müdaxilə edə bilər. Hazırda MBNP tərəfindən müvəqqəti inzibatçılıqla bağlı sığorta fəaliyyəti haqqında qanuna düzəlişlər təklif olunub". Bunu Fins.az-a Azərbaycan Sığortaçılar Assosasiyasının (ASA)  sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, düzəlişlər olduqdan sonra sığorta şirkətləri ilkin müdaxilə tədbirləri həyata keçirə biləcək. Belə ki, əvvəllər sığorta şirkəti tələbə riayət etmədikdə birbaşa lisenziyasının alınması məsələsi vardısa, dəyişiklikdən sonra proses 3 mərhələdən ibarət olacaq. Yəni bu siqnallar olduqda, kapital tələbi 10% azaldıqda şirkətdən sağlamlaşdırma ilə bağlı plan, 20% azaldıqda şirkətin rəhbər işçilərinin dəyişdirilməsi tələb oluna biləcək. Kapital 30% azaldıqda şirkətin rəhbərliyinin məcburi qaydada əvəz olunması tələb oluna bilər. Bu təcrübə banklar haqqında qanunda var. Eyni müddəaların sığorta fəaliyyəti haqqında qanunda tətbiqi nəzərdə tutulur. Yəqin ki, bu məsələ Milli Məclisin payız sesssiyasında müzakirə ediləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259