SIĞORTA

“Atəşgah Sığorta" ödənişləri bu ünvanda verəcək
19 İYUL
211

“Atəşgah Sığorta" ödənişləri bu ünvanda verəcək

2018-07-19 11:49:00

“Atəşgah” Sığorta Şirkətinin Bakı şəhəri, Mətbuat pr, 18/7 ünvanındakı  “Mətbuat” ofisində fəaliyyət göstərən “Zərərlərin tənzimlənməsi İdarəsi” artıq yeni ünvanda müştərilərə xidmət göstərəcək. 

Şirkətin yaydığı məlumata görə, “Zərərlərin tənzimlənməsi İdarəsi” 23 iyul 2018-ci il tarixindən etibarən Bakı şəhəri, C. Məmmədquluzadə küç., 998-ci məhəllə ünvanında müştərilərin xidmətində olacaq. Əvvəlki ünvanda isə şirkətin Satış ofislərindən biri kimi öz işini davam etdirəcək.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254