SIĞORTA

Sığorta bazarı "turbo mühərriklə" hərəkət edir - CƏDVƏLLƏR
13 İYUL
279

Sığorta bazarı "turbo mühərriklə" hərəkət edir - CƏDVƏLLƏR

2018-07-13 10:35:00

2018-ci ilin yanvar-iyun ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 396.37 mln. manat məbləğində sığorta haqları toplanıb, 119.3 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Fins.az xəbər verir ki, sığorta yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 %, ödənişlər isə 4,2% artıb.         

Könüllü sığorta bazarı üzrə haqlar 286.84 mln. manat, ödənişlər isə 87.11 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 109.53 mln. manat, ödənişlər isə 32.19 mln. manat olub.

2018-ci ilin yanvar-iyun ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 72%-i  könüllü, 28%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

Sığorta bazarının zərərlilik göstərici də xeyli aşağı düşüb. Ötən ilin birinci yarısında sığorta şirkətləri topladıqları hər 100 manatdan 45 manatını ödəniş olaraq müştərilərinə vermişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 30 manata qədər aşağı düşüb. 

2018-ci ilin yanvar-may ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Sığortaçının adı  Sığorta Haqları  Sığorta Ödənişləri
1 “Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti                              145.9                                   27.2  
2 “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti                           3,307.0                              3,614.5  
3 “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti                        10,355.5                              3,960.6  
4 “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti                        28,165.7                              9,658.3  
5 “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti                        19,698.6                              9,758.7  
6 “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti                           9,654.8                              4,689.4  
7 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti                        34,912.4                              7,853.1  
8 “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti                           3,998.2                                 992.2  
9 “AZSIĞORTA” Açıq Səhmdar Cəmiyyəti                           8,740.7                              4,175.5  
10 “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti                              486.4                                 135.0  
11 “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti                           3,332.2                              1,563.0  
12 “İpək Yolu Sığorta” ASC                           7,721.3                                 914.4  
13 “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti                        15,023.4                              1,506.8  
14 "Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti                              127.5                                      3.3  
15 “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti                      144,614.0                           31,646.6  
16 “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti                        83,362.8                           25,459.7  
17 “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti                           7,452.6                              9,439.6  
18 “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti                           7,435.0                                 687.5  
19 “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti                              686.5                                 150.7  
20 “Standard Insurance” Açıq Səhmdar Cəmiyyəti                           3,868.2                              1,607.1  
21 “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti                           3,282.6                              1,460.2  
YEKUN            396,371.32              119,303.42  

 

Sığorta sinifləri Sığorta haqları Sığorta ödənişləri
Könüllü sığortalar üzrə - cəmi: 286,838.5 87,105.9
 o cümlədən:    
Həyat sığortası üzrə, o cümlədən: 158,932.5 48,915.8
     həyatın yaşam sığortası 130,959.1 48,186.3
     həyatın ölüm halından sığortası 26,295.9 729.5
     əmək qabiliyyətinin sığortası 1,630.8 0.0
     sağalmaz xəstəliklərdən sığorta 46.7 0.0
     annuitet sığortası 0.0 0.0
Qeyri-həyat sığortası üzrə, o cümlədən 127,906.0 38,190.2
Şəxsi sığorta,  o cümlədən: 58,433.0 30,879.0
    tibbi sığorta 55,231.3 30,274.6
    xaricə səfər edən vətəndaşların sığortası 1,643.7 456.1
    fərdi qəza və xəstəlik sığortası 1,558.0 148.3
Əmlak sığortası, o cümlədən: 69,473.0 7,311.2
əmlakın sığortası,  o cümlədən: 58,010.9 5,879.2
     əmlakın yanğından və digər risklərdən sığortası 31,887.7 476.8
     avtonəqliyyat vasitələrinin sığortası 12,553.1 4,227.9
     hava nəqliyyatı vasitələrinin sığortası 5,288.9 246.5
     su nəqliyyat vasitələrinin sığortası 3,814.9 612.1
     yüklərin (nəqliyyat) sığortası 2,610.1 24.5
     kənd təsərrüfatı heyvanlarının sığortası 1,072.8 227.0
     kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası 617.3 64.4
     dəmiryol nəqliyyatı vasitələrinin sığortası 92.1 0.0
     əmlakın sığortası ilə bağlı digər siniflər,  o cümlədən: 74.0 0.0
        - işçilərin dələduzluğu sığortası 74.0 0.0
        - pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta 0.0 0.0
        - titul sığortası 0.0 0.0
mülki məsuliyyətin sığortası, o cümlədən: 11,435.6 1,431.9
       ümumi mülki məsuliyyətin sığortası 6,132.6 810.7
       hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 2,075.8 566.9
       peşə məsuliyyətinin sığortası 1,861.7 1.7
       işəgötürənin məsuliyyət sığortası 673.7 18.7
       avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 459.4 33.9
       su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 182.2 0.0
       yük daşıyanın mülki məsuliyyətinin sığortası 50.2 0.0
       dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 0.0 0.0
       mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası 0.0 0.0
       hüquqi xərclərin sığortası 0.0 0.0
kredit sığortası, o cümlədən: 26.0 0.0
       kreditlərin sığortası 26.0 0.0
       ipoteka sığortası 0.0 0.0
qarışıq maliyyə risklərinin sığortası,  o cümlədən: 0.6 0.0
      işin dayanması ilə bağlı risklərdən sığorta 0.6 0.0
      əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta 0.0 0.0
İcbari sığortalar üzrə - cəmi: 109,532.8 32,197.5
 o cümlədən:    
Həyat sığortası üzrə 21,299.8 1,828.8
     İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
     qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
21,299.8 1,828.8
Qeyri-həyat sığortası üzrə, o cümlədən 88,233.1 30,368.7
      avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 44,524.4 24,076.2
       hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası 16,922.3 3,529.2
      daşınmaz əmlakın icbari sığortası 15,202.4 1,678.8
       məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası 11,304.9 1,014.8
      daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 179.3 69.8
      sərnişinlərin icbari fərdi qəza sığortası 70.2 0.0
     digər icbari sığorta növləri 29.6 0.0
YEKUN 396,371.3 119,303.4

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259