SIĞORTA

“İpək Yolu Sığorta”nın mənfəəti azaldı
11 İYUL
425

“İpək Yolu Sığorta”nın mənfəəti azaldı

2018-07-11 18:05:00

“İpək Yolu Sığorta”  şirkəti bu ilin I yarısı üzrə maliyyə hesabatını açıqlayıb. Fins.az xəbər verir ki, sığorta şirkəti 6 ayı 1,419 milyon manat mənfəətlə başa vurub. Amma bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% azdır.

Qeyd edək ki, “İpək Yolu Sığorta”nın gəlirləri 9,276 milyon manat, xərcləri isə 8,157 milyon manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 31,335 milyon manat olub ki, bu da illik müqayisədə 14,1% azdır. Son 1 ildə şirkətin öhdəlikləri 8,9% azalaraq 9,493 milyon manata düşüb, balans kapitalı isə isə 16,15% azalaraq 21,843 milyon manata düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258