SIĞORTA

"Azərsığorta" filiallarını birləşdirir? - AÇIQLAMA
11 İYUL
852

"Azərsığorta" filiallarını birləşdirir? - AÇIQLAMA

2018-07-11 16:44:00

"Azərsığorta" şirkətində yeniliklərin olacağı gözlənilir. Şirkətin filiallarının birləşdirilməsi və xərclərin optimallaşdırılması işləri getdiyi ilə bağlı sığorta bazarında məlumatlar yayılmaqdadır. Sığorta şirkətinin idarə heyətinin sədr müavini Aftandil Hacıyev Fins.az-a məsələ ilə bağlı aydınlıq gətirib. O bildirib ki, filialların birləşdirilməsi ilə bağlı hələlik konkret bir şey demək mümkün deyil. Amma  "Azərsığorta"nın  xərcləri optimallaşdırmaqla bağlı planları var. Belə ki, şirkətin xərcləri artıb. Ona görə də şirkət elektron sistemə keçidə hazırlaşır. Sığorta sahəsində yeni proqramların tətbiqi, elektron satışlara keçidlə inzibati xərcləri azatlmağı düşünür: "Elektron sistemə keçidlə isə artıq sığorta şirkətində bəzi sahələrdə işçilərə ehtiyac qalmayacaq". 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256