SIĞORTA

Mərkəzi Bank sığortaçı axtarır
10 İYUL
218

Mərkəzi Bank sığortaçı axtarır

2018-07-10 12:20:00

Azərbaycan Mərkəzi Bankı (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri toplusu üzrə tender elan edib. AMB-dən Fins.az-a verilən məlumata görə, tender avqustun 27-də Mərkəzi Bankın inzibati binasında keçiriləcək. Tenderin şərtlərinə görə, iddiaçının kapitalı 5 mln. manatdan az olmamalıdır. İddiaçılar tenderdə iştirak haqqı kimi 300 manat ödəməlidir.
 Tender təklifi avqustun 24-dək, digət sənədləri isə avqustun 13-dək təqdim etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256