SIĞORTA

Sığorta şirkəti mənfəətini açıqladı
09 İYUL
178

Sığorta şirkəti mənfəətini açıqladı

2018-07-09 11:31:00

“Azərbaycan Sənaye Sığorta” şirkətinin bu ilin yanvar-may ayları üzrə xalis mənfəəti məlum olub. Bu barədə Fins.az-a müsahibəsində şirkətin İdarə Heyətinin sədri Kamran Babayev məlumat verib. O bildirib ki, son statistikaya əsasən yığımların həcmi gözləniləndən artıqdır: "Sığorta ödənişləri də planladığımız həcmdədir. Mənfəətin həcminə gəldikdə isə planladığımız mənfəətin üzərindəyik. Yanvar-may ayları üzrə “Azərbaycan Sənaye Sığorta”nın xalis mənfəəti 500 min manatdan çoxdur".

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

 Yığımların artım səbəbinə gəlincə, K.Babayev bildirib ki, əsas portfel yük sığortası ilə bağlıdır: "Bu sahədə yeni müştərilər əldə etmişik. Yük sığortası ilə bağlı 4-5 illik layihəni qazanmışıq. Bundan əlavə, əmlak sığortasında artım olub".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273