SIĞORTA

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Caspian European Club” əməkdaşlığı genişləndirir
02 İYUL
202

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Caspian European Club” əməkdaşlığı genişləndirir

2018-07-02 19:14:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə klubun İdarə Heyətinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

“Caspian European Club”dan Fins.az-a verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, “Caspian European Club”un fəaliyyəti və icbari tibbi sığorta sahəsinin inkişafının aparıcı aspektləri müzakirə olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev iştirakçılara icbari tibbi sığorta (İTS) üzrə pilot layihəsinin gedişatı, çətinliklər və əldə olunmuş nəticələr, İTS paketinin nisbətən təkmilləşdirilməsi və yenilənməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Zaur Əliyev həmçinin yeni qanunvericilik aktının, normativ hüquqi aktların və icbari tibbi sığortanın gələcək inkişafı üçün strategiyanın işlənib hazırlanması barədə məlumat verib. O qeyd edib ki, İTS sistemində özəl sığorta təşkilatları və klinikalar da iştirak edə bilərlər.

Telman Əliyev göstərilən diqqətə və “Caspian European Club”la sıx əməkdaşlığa görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyevə minnətdarlığını bildirib.

O, ikitərəfli əməkdaşlığın icbari tibbi sığorta sahəsindəki problemlərin həllinə yardım edəcəyinə, “Caspian European Club”un isə, öz növbəsində, bizneslə dövlət agentliyi arasında fəal dialoqun davamı üçün təkliflər üzrə öz səylərini əsirgəməyəcəyinə ümid bəslədiyini bildirib.

Görüşün yekununda daimi işçi qrupun yaradılması üzrə razılıq əldə olunub. İşçi qrup çərçivəsində “Caspian European Club”, “Caspian American Club” və “Caspian European Club”un üzv şirkətlərinin icbari tibbi sığorta sahəsindəki bütün problemləri, xahiş və təklifləri operativ şəkildə müzakirə olunacaq.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat 2 il ərzində “Caspian European Club”un İdarə Heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273