SIĞORTA

"Günay Sığorta"nın rəhbərliyində yeni təyinat olub
02 İYUL
1439

"Günay Sığorta"nın rəhbərliyində yeni təyinat olub

2018-07-02 09:47:00

“Günay Sığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının Qərarına əsasən Mirzəyev İlkin Şahin oğlu İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib. Bu barədə Fins.az-a şirkətdən bildirilib.

Xatırladaq ki, İlkin Mirzəyev 2008-ciildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Kredit fakültəsinə daxil olmuş və 2012-ci ildə təhsilini bitirdikdən sonra 2012-2013-cü illərdə “Türk Sigorta Enstitüsü Vakfı”nın (TSEV) Sığorta mühasibatlığı sahəsi üzrə təhsilini davam etdirmişdir. 2013-cü ildə Azərbaycan Sənaye Sığorta ASC-də mühasibat və Daxili Audit xidmətində çalışıb. 2016-cı ildən Günay Sığorta ASC-nin Daxili Audit Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. Sığorta sahəsində ölkə xaricində və daxilində çox saylı layihələrdə və seminarlarda iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256