SIĞORTA

"PAŞA Sığorta" əhalini sığortalanarkən diqqətli olmağa çağırır
27 İYUN
444

"PAŞA Sığorta" əhalini sığortalanarkən diqqətli olmağa çağırır

2018-06-27 12:28:00

PAŞA Sığorta şirkəti sığorta agentlərindən avtomobilin icbari sığorta şəhadətnaməsini əldə edənləri diqqətli və ehtiyatlı olmağa səsləyir.

Belə ki, son zamanlar bununla əlaqədar sığorta bazarında bir neçə dələduzluq halları aşkarlanıb. Bir sıra şəxslər özlərini sığorta şirkətlərinin agentləri və ya satış əməkdaşları kimi təqdim edərək qüvvəyə minməyən icbari avtomobil sığortası şəhadətnamələri satmağa başlayıblar. Onlar müştəridən sığorta haqqını alıb sığorta şəhadətnaməsini aktivləşdirmirlər ki, bu da müştərinin avtomobilinin icbari sığortası olmadığı üçün DYP tərəfindən cərimələnməsi, sığorta hadisəsi baş verdikdə isə xoşagəlməz halla qarşılaşması ilə nəticələnə bilər. Bundan əlavə bəzi agentlərin PAŞA Sığorta adından istifadə edərək müştərilərə avtomobilin icbari sığorta şəhadətnaməsi satmağı, lakin yekunda fərqli şirkətin sığorta şəhadətnaməsini təqdim etməsi halları da qeydə alınıb. 

Qeyd olunan xoşagəlməz hallardan qorunmaq üçün PAŞA Sığorta şirkəti müştərilərə sığorta agentlərindən avtomobilin icbari sığortasını əldə edən zaman bir neçə məqama diqqət yetirməyi tövsiyə edir:

-        İcbari Sığorta Bürosunun 9707 SMS xidməti tərəfindən sizin mobil nömrənizə göndərilən sığorta haqqı və ödəniş kodunun əks olunduğu mesajda sığortaçının hansı şirkət olduğuna diqqət yetirin.

 

-        Ödəniş etdiyiniz icbari avtomobil sığortası şəhadətnaməsi agent tərəfindən aktivləşdirildikdə İcbari Sığorta Bürosunun 9707 SMS xidməti tərəfindən sizin mobil nömrənizə ödənişin həyata keçdiyi və bununla da sığortanızın aktivləşdiyi barədə təsdiq məlumatı gəlməlidir. Belə bir məzmunlu mesaj almadığınız təqdirdə sizin sığortanız qüvvəyə minmir.

Qeyd edilən məsələlərlə bağlı şübhəli və ya sual doğuran hallarla rastlaşdığınız təqdirdə PAŞA Sığorta şirkətinin *7000 sığorta məsləhətləri xəttinə məlumat verməyiniz xahiş olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257