SIĞORTA

"Atəşgah Sığorta"nın son vəziyyəti məlum oldu
14 İYUN
332

"Atəşgah Sığorta"nın son vəziyyəti məlum oldu

2018-06-14 09:50:00

"Atəşgah Sığorta" şirkətinin son vəziyyəti məlum olub. Fins.az xəbər verir ki, şirkətin idarə heyətinin sədri Azər Əliyev bu ilin yanvar-may ayları üzrə yığım və ödənişlərin ümumi həcmini açıqlayıb. Belə ki, sığorta şirkətinin yığımları 1,6% azalaraq 13 milyon manata düşüb. Ötən ilin eyni dövründə bu rəqəm 13,2 milyon manat təşkil etmişdi. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Sığorta şirkətinin yığımlarından fərqli olaraq ödənişləri 5 ayda 22,9% artaraq 7,8 milyon manata yüksəlib. Halbuki, 2017-ci ilin yanvar-may aylarında "Atəşgah Sığorta"nın ödəniş xərcləri 6,3 milyon manat təşkil etmişdi. 

Yığımların azalması fonunda ödənişlərin artması şirkətin zərərlilik göstəricisini xeyli artırıb. Belə ki, 2017-ci ilin 5 ayında "Atəşgah Sığorta" topladığı hər 100 manatdan 48 manatını ödəniş xərclərinə yönəltmişdirsə, bu il xərclər hər 100 manat sığorta haqqı müqabilində 60 manata qədər artıb.

Sürücülərə sığorta pulu ilə bağlı şad xəbər - İSB-dən daha bir yenilik

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267