SIĞORTA

Sürücülərə sığorta pulu ilə bağlı şad xəbər - İSB-dən daha bir yenilik
13 İYUN
10161

Sürücülərə sığorta pulu ilə bağlı şad xəbər - İSB-dən daha bir yenilik

2018-06-13 11:13:00

Azərbaycanda avtomobilllərin icbari sığorta ilə bağlı birbaşa tənzimlənməyə keçiləcək. Fins.az xəbər verir ki, artıq bununla bağlı İcbari Sığorta Bürosundan İşçi qrupu yaradılıb. İşçi qrup Avropa, Kanada, Rusiya və Türkiyə təcrübələrini öyrənib. Yekun layihə olaraq bir modul seçiləcək. Çox güman ki, bu Belçika modeli olacaq. Fins.az-ın əldə etdiyi məlumata görə, bu sığorta bazarında böyük dəyişikliklərə səbəb olacaq bir layihədir. Belə ki, artıq sığorta hadisəsi baş verən zaman avtomobilə dəyən ziyanı qəzaya səbəb olan avtomobil sahibinin sığorta şirkəti deyil, öz sığorta şirkəti ödəyəcək. Daha sonra digər şirkətdən dəyən zərər tələb ediləcək. 2019-cu ildən artıq Azərbaycanda bu yeniliyin tətbiq ediləcəyi gözlənilir. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edildi

Qeyd edək ki, bu məsələ ilə bağlı əvvəllər də sığorta bazarında müzakirələr olub. Amma layihə şəklində işlər davam etdirilməmişdi.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267