SIĞORTA

ARPA və ASA əməkdaşlıq edəcək
13 İYUN
520

ARPA və ASA əməkdaşlıq edəcək

2018-06-13 10:11:00

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiyasıyası (ARPA) Azərbaycan Sığortacılar Assosiyasiyası (ASA) ilə əməkdaşlıq sazişi imzalayıb. Bu barədə Fins.az xəbər verir ki, müqavilə sığorta sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər üçün müvafiq sertifikasiya proqramlarının treyninq və seminarların təşkili üzrə əməkdaşlıq sazişidir.

Sazişə əsasən sertifikasiya, treyninq və seminar proqramları ən qabaqcıl beynəlxalq təcrübədən və sertifikasiya proqramlarından istifadə olunaraq keyfiyyətli şəkildə təşkil olunacaq. Sertifikasiya, treyninq və seminar proqramları beynəlxalq praktika ilə yanaşı daxili bazar tələblərini də nəzərə alacaq. İmtahanlar elektron test sistemi vasitəsi ilə keçiriləcək və qiymətləndiriləcək.

Xatırladaq ki, ARPA ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilib. Onun 1 000-dən çox fərdi, 12 korporativ üzvü var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259