SIĞORTA

Könüllü Sığorta növlərinin treninq-seminarları təşkil edilib
07 İYUN
488

Könüllü Sığorta növlərinin treninq-seminarları təşkil edilib

2018-06-07 16:51:00

Uzun illərdir müştərilərinə keyfiyyətli  xidmət göstərən ASC ”Standard İnsurance” Sığorta Şirkəti  sığortalıya daha daha yaxın olmaq məqsədi ilə Könüllü Sığorta növlərinin ölkəmizin bütün regionlarında geniş şəkildə təbliği üçün bir sıra tədbirlərin həyata keçirməsinə nail olmuşdur. Bu tədbirlər sırasında Cəlilabad və Lənkəran nümayədəliklərinin eləcə də satış nöqtələrinin əməkdaşlarının iştirakı ilə Könüllü Sığorta növlərinin treninq-seminarları təşkil edilmişdir. Nümayəndəliyin hər bir  əməkdaşları göstərdiyi keyfiyyətli xidmətlərə və cəmiyyəti layiqincə təmsil etdiyinə görə qiymətləndirilmiş və təşəkkürnamələr ilə təltif edilmişdir. Keçirilən treyninqin əsas məqsədi aşağıdakılardan ibarət olmuşdur:

Könüllü Sığorta növlərinin Azərbaycanın bütün regionlarında  daha geniş şəkildə tanınmasına nail olmaq. Strategiya və hədəflərimiz istiqamətində cəmiyətə ən yaxşı insan resurslarının daim inkişaf etdirilməsi məqsədi ilə satış nöqtələrinin əməkdaşlarının göstərdiyi xidmət səviyəsini artrımaq və yeni məlumatlar ilə təmin etmək.

ASC”Standard İnsurance”Sığorta Şirkəti  Könüllü Sığorta növlərinin  bazar payıını artırılmasını hədəfləyir və bu istiqamətdə mütamadi Könüllü Sığorta növlərinin treninq-seminarlarının təşkili nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256