SIĞORTA

“AXA”nın tərk edəcəyi “MBask”ın səhmdar kapitalı 21% artırıldı
06 İYUN
343

“AXA”nın tərk edəcəyi “MBask”ın səhmdar kapitalı 21% artırıldı

2018-06-06 10:55:00

“AXA Mbask” Sığorta Şirkəti ASC nizamnamə kapitalını 4 200 090 manat və yaxud 21,3% artıraraq 23 933 828 manata çatdırıb. Fins.az Banker.az-a istinadən xəbər verir ki, dövriyyəyə  buraxılan hər birinin nominal dəyəri 382 manat olmaqla ümümi həcmi 4 599 662 manatdır. Nəzərdə tutulan 12 041 ədəd səhmlərin yalnız 10 995 ədədini yerləşdirilib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Xatırladaq ki, AXA MBASK-ın səhmlərinə Fransada qeydiyyata alınmış “AXA Group” tərəfindən nəzarət edilir. Lakin, cari ilin ilk aylarında yayılan məlumata görə, səhmərin 100%-ni “Unibank” ASC səhmdarı, Müşahidə Şurası üzvü olan iş adamı Elxan Qəribli tərəfindən alınıb və tezliklə “AXA”nın adı S.Ş-nin adından götürləcək. Həmin ərəfədə Sığorta Şirkəti rebrendinq edəcəyini və bir sıra dəyişiklik edəcəyini bildirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272