SIĞORTA

Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının iclası keçirilib
05 İYUN
671

Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının iclası keçirilib

2018-06-05 14:31:00

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin Müşahidə Şurasının iclası keçirilib. 

Fins.az-ın Assosasiyaya istinadən verdiyi xəbərə görə, görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, sədr müavini və Birliyin nümayəndələri, eləcə də, Birliyin Müşahidə Şurasının üzvü olan “A-Qroup Sığorta” şirkətinin İdarə Heyətinin sədri Anar Bayramov, “AzSığorta” şirkətinin İdarə Heyətinin sədri Anar Talıbov, “Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev, “AzərSığorta” Dövlət Sığorta və Kommersiya Şirkətinin Baş müşaviri Vüqar Babakişiyev, “AzRe Təkrarsığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Quliyev, “İpək Yolu Sığorta” şirkətinin İdarə Heyətinin sədri Niyazi İmanov, “Meqa Sığorta” şirkətinin İdarə Heyətinin sədri Sevinc Gülmalıyeva və “Paşa Sığorta” şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova iştirak edib.

Birliyin sədri M. Abbasbəyli Birliyin fəaliyyəti barədə Müşahidə Şurasının üzvlərini məlumatlandırıb. Bildirilib ki, 2018-ci ilin ilk 5 ayı ərzində 79 fərqli tədbir icra edilib. Bunlar arasında, Birliyin ümumi yığıncağının, Müşahidə Şurasının, Komitələrinin və müxtəlif işçi qruplarının iclasları, Dövlət və kommersiya qurumları, habelə digər sahələri təmsil edən Assosiasiyalarla iki və çoxtərəfli görüşlər, müvafiq dövlət orqanları ilə təmaslar və çox sayda təkliflərin göndərilməsi və digər bu kimi tədbirlər yer almaqdadır. Bundan əlavə Birliyin gələcək planları üzvlər arasında geniş şəkildə müzakirə edilib. Daha sonra Birliyin sədrinin təqdimatı əsasında Vasitəçilər komitəsinin sədrinin “Zaman” Sığorta və Təkrarsığorta Brokerinin Baş kommersiya direktoru Xəyal Məmmədxanlının namizədliyi Müşahidə Şurası tərəfindən təsdiq edilib. Bununla yanaşı, Maliyyə sərgisi keçirilməsinə dair Müşahidə Şurasının üzvləri arasında müzakirələr aparılıb.

Xatırladaq ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət orqanıdır və Birliyin Nizamnaməsinə əsasən Müşahidə Şurası 9 üzvdən ibarətdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256