SIĞORTA

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”– Heydər Əliyev
04 İYUN
376

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”– Heydər Əliyev

2018-06-04 14:42:00

Uşaq – heç bir sözlə ifadə edilməyən  və dəyəri heç nə ilə ölçülməyən əvəzsiz bir varlıqdır. Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən tarixən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. ASC“Standard İnsurance” Sığorta Şirkəti buvəzifəni yerinə yetirərək  1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "``Standard İnsurance-ın  kiçik davamçıları” layihəsini həyata keçirmişdir.  Layihədə şirkətin əməkdaşlarının uşaqları iştirak etmişdir.

Bildiyimiz kimi hər övladın hər zaman marağında valdeyinin iş mühüti olur. Belə bir fürsəti biz balacalarımıza bəxş etmək istədik.

Sağlam və azad uşaqlar böyütmək üçün hər gün daha da çox çalışmalıyıq. Bir həyata toxunmaq, onu gözəlləşdirmək böyük möcüzədir. Məsuliyyətli olub vəzifələrimizin haqqını verməliyik. Bütün  ASC“Standard İnsurance” Sığorta Şirkəti  kollektivi adından bütün balaları bir daha təbrik edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256