SIĞORTA

İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edildi
31 MAY
1888

İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edildi

2018-05-31 10:32:00

Icbari Sığorta  Bürosunun rəhbəri dəyişib. Bu barədə Fins.az-a İcbari Sığorta Bürosundan məlumat daxil olub. Məlumata görə, Büronun icraçı direktoru Fariz Əzizov yeni vəzifə təyinatı ilə bağlı İSB-dən ayrılmaq qərarına gəlib. Bununla əlaqədar olaraq martın 30-da Himayəçilər Şurasının qərarı ilə Rəşad Əhmədov İcbari Sığorta Bürosunun yeni icraçı direktoru təyin edilib. O, iyun ayının 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, buna qədər R.Əhmədov “Azərbaycan Sənaye Sığorta” şirkətində Direktorlar Şurasının üzvü olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256