SIĞORTA

Azərbaycanda yeni sığorta qurumu yaradılır
24 MAY
625

Azərbaycanda yeni sığorta qurumu yaradılır

2018-05-24 14:28:00
"Aqrar sahənin sığortası ən çətin sığorta növlərindən biridir, yağış, qar, dolu kimi təbiət hadisələrini proqnozlaşdırmaq mümkün deyil". Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.

Onun sözlərinə görə, aqrar sığorta ilə bağlı Türkiyə modelindən istifadə ediləcək. M.Əliyev bildirib ki, Azərbaycanda Aqrar Sığorta Fondu yaradılacaq və həmin fond tərəfindən icraçı sığorta qurumu müəyyən olunacaq.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Xəyal Məmmədxanlıya vəzifə verildi

“İcraçı sığorta qurumu dedikdə bu, hər hansı sığorta şirkətinin seçilməsi demək deyil. Bu, bütün sığorta şirkətlərinin iştirakı ilə özəl və dövlət əməkdaşlığı əsasında bazar tələblərinə uyğun olaraq yeni qurumun yaradılmasıdır. Bu qurum Aqrar Sığorta Fondu tərəfindən təsis olunacaq. Düşünürük ki, fondun təsdiq olunduğu ilk ildə müxtəlif dövlət proqramları ilə tənzimlənən bir neçə prioritet sahə əsas götürüləcək. Sonra bu, digər kənd təsərrüfatı sahələrinin də sığortalanmasına gətirib çıxaracaq”, - deyə xidmət rəisi əlavə edib.

APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272