SIĞORTA

ARPA yeni komitələr təsis edir – sədr və üzvlüklə bağlı müraciətlərin qəbuluna başlanılıb
23 MAY
325

ARPA yeni komitələr təsis edir – sədr və üzvlüklə bağlı müraciətlərin qəbuluna başlanılıb

2018-05-23 16:44:00

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) öz fəaliyyətini daha da genişləndirmək məqsədi ilə qurumdaxili yeni komitələr təsis edir.  ARPA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, dörd yeni komitənin təsis edilməsi nəzərdə tutulub ki, bunlara “Risk Komitəsi”, “Sığorta Komitəsi” “Mühasiblər Komitəsi” və “HR Komitəsi” daxildir.    

Təmizlik Xidmətinə 50% ENDİRİM!

 Komitələrin yaradılmasında məqsəd komitə üzvlərinin və sədrlərinin bir araya gələrək  risk, sığorta, mühaisbatlıq, HR və digər sahələrdə olan mövcud problemləri müzakirə etmək, müvafiq beynəlxalq təcrübələrin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi, eləcə də problemlərin həlli yolları üçün müəyyən addımların atılması kimi məsələləri daha dərindən müzakirə etməkdir.    

 APRA bəyan edir ki, özünü peşəkar hesab edən mütəxəsisslər yeni yaradılacaq komitələrin üzvü və ya sədri olmaq üçün istənilən vaxt müraciət edə bilərlər.

 Müraciətlərlə bağlı məktublar gunay.shahbazova@arpa.org.az elektron ünvanına göndərilə bilər.   

Birbaşa əlaqələndirici şəxs: Günay Şahbazova

Əlaqə nömrəsi: (012) 505 00 56

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267