SIĞORTA

Yüksək maaş alanlar niyə həyat sığortasına "qaçır"? - İLKİN İBRAHİMOV
23 MAY
1027

Yüksək maaş alanlar niyə həyat sığortasına "qaçır"? - İLKİN İBRAHİMOV

2018-05-23 10:15:00

Həyat sığortasında yığımlar yüksək sıçrayışla artmışdır. Səbəb rəsmi bildirilməsə də, bazardan xəbəri olan şəxs kimi, bildirirəm ki, bu məsələ Dövlət Sosial Müdafiə Fonduna gedən vəsaitlərin bir hissəsinin əsasən daha çox əmək haqqı alan şəxslərin həyat sığortasına yönəlməsidir. Həyat sığortası qısamüddətli prespektivlər üçün daha yaxşı qazanc və riskin sığortalanması baxımından vətəndaşa sərfəlidir. Misal üçün hazırda hansısa həyat sığorta şirkəti 500 AZN-dən çox olan əmək haqları üçün kollektiv müqavilələr təklif edirlər. Burada 200 AZN əmək haqqından çıxılmanı DSMF-yə ödəməklə, qalan hissəni özü üçün cəlb edir. Yəni, mən 1000 AZN əmək haqqı alıramsa, 200 AZN-dən DSMF-yə ödəmələr (0.5 % işsizlık sığortası, 3% sosial fond, 14 % gəlir vergisi) etməklə bir tərəfdən digər qalan 800 AZN məbləğindən olan tutulmaları 3-5 illik müqavilələr bağlamaqla fonda gedəcək 17,5% məbləğini həmin müddətin sonunda alacağımızı təmin edirik. Üstəlik əgər bu müddət ərzində hər hansı sığorta hadisəsinə (ölüm, əlillik dərəcəsinə görə müəyyən olunmuş kompensasiyanın alınmasına) görə sığorta kompensasiyası almaq riskini özündə sığortalayır.

Ölkədə 3 milyondan çox insanın aqibəti necə olacaq? - Qanun dəyişdi

Beləliklə, hesab edirəm ki, illərdir vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qaçmasının səbəbi ortaya qoyulmuşdur. Hazırkı Nazirin yeni olması və bu xüsusiyyətlərə xüsusi önəm verməsi mütləq lazımdır. Daha yuxarı əmək haqqı alanların fonda yox həyat sığortasına üz tutması Fondun fəaliyyətinin gələcəkdə daha riskli olmasına gətirib çıxaracaq. Əgər dönüş yaranmazsa qarşıdakı illərdə Həyat sığortasının daha az gəlirli vətəndaşları özünə cəlb etməsi ilə Fondun fəaliyyətinin iflic olmasına gətirib çıxaracaq.

İlkin İbrahimov 

sığorta eksperti (Fins.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256