SIĞORTA

Sığorta bazarı nəyin hesabına artıb?
21 MAY
394

Sığorta bazarı nəyin hesabına artıb?

2018-05-21 16:36:00

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 220,861 milyon manat sığorta haqqı toplanılıb. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 56,9% çoxdur.

4 ay ərzində icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 50,8% artaraq 80,559 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 56,937 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1,4% azdır.

4 ayda icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 22,7% artaraq 21,562 milyon manata çatıb.

Beləliklə, 2018-ci ilin yanvar-aprelində könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 25,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2017-ci ilin yanvar-aprelində 41 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 32,9 manatdan 26,8 manata qalxıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256