SIĞORTA

Sığorta sektorunda qısamüddətli öhdəliklərin xüsusi çəkisi necə dəyişib? - TƏHLİL
18 MAY
310

Sığorta sektorunda qısamüddətli öhdəliklərin xüsusi çəkisi necə dəyişib? - TƏHLİL

2018-05-18 10:13:00

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, "Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu öhdəliklərinin 93,65%-i uzunmüddətli, 6,35%-i isə qısamüddətli olub.

Fins.az xəbər verir ki, bu nisbət ötən il yanvarın 1-nə 96,27% - 3,73% təşkil edib. Başqa sözlə, 2017-ci ildə sığorta sektorunda uzunmüddətli öhdəliklərin xüsusi çəkisi azalıb, qısamüddətli öhdəliklərin xüsusi çəkisi isə artıb.

“AXA Mbask”da - YENİ TƏYİNATLAR

Bununla belə, ayrı-ayrı sığorta şirkətləri üzrə nisbət fərqlidir. Uzunmüddətli öhdəliklərin payı 20 şirkətdən 15-də 90-100% arasında, 4 şirkətdə 80-90% arasında, 1 şirkətdə isə 62,89%-dir. Başqa sözlə, qısamüddətli öhdəliklərin payı 20 şirkətdən 15-də 0-10% arasında, 4 şirkətdə 10-20% arasında, 1 şirkətdə isə 37,11%-dir.

"Naxçıvan Sığorta" öhdəliklərinin tərkibini açıqlamayıb.

Sığorta şirkətinin adı

Şirkətin öhdəliklərində

Uzunmüddətli öhdəliklərin payı

Qısamüddətli öhdəliklərin payı

1

Atasığorta

99,99%

0,01%

2

A-Qrup Sığorta

99,84%

0,16%

3

Azsığorta

99,22%

0,78%

4

Azərsığorta

99,21%

0,79%

5

Xalq Sığorta

99,05%

0,95%

6

Amrah Sığorta

98,67%

1,33%

7

İpək Yolu Sığorta

98,87%

1,13%

8

PAŞA Həyat Sığorta

96,54%

3,46%

9

AXA Mbask

96,24%

3,76%

10

Rəvan Sığorta

96,17%

3,83%

11

Meqa Sığorta

96,19%

3,81%

12

Atəşgah Sığorta

95,07%

4,93%

13

Atəşgah Həyat Sığorta

94,89%

5,11%

14

Günay Sığorta

94,73%

5,27%

15

Qala Həyat Sığorta

94,65%

5,35%

16

Qala Sığorta

84,62%

15,38%

17

PAŞA Sığorta

84,30%

15,70%

18

Azərbaycan Sənaye Sığorta

83,55%

16,45%

19

Standard Insurance

82,02%

17,98%

20

Bakı Sığorta

62,89%

37,11%

21

Naxçıvan Sığorta

Açıqlamayıb

Açıqlamayıb

 

Orta hesabla

93,65%

6,35%

renkinq.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259