SIĞORTA

“AXA Mbask”da - YENİ TƏYİNATLAR
17 MAY
754

“AXA Mbask”da - YENİ TƏYİNATLAR

2018-05-17 15:37:00
“AXA Mbask” Sığorta Şirkəti ASC-nin Təftiş Komissiyasının tərkibində dəyişiklik olub.

Fins.az xəbər verir ki, komissiyanın üzvü Ender Ertuğral Bayramı “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin (ih) keçmiş sədri Mehmet Sami Acarözmen əvəz edib.

“AXA Mbask”ın baş mühasibi də dəyişib. İndiyə qədər bu vəzifəni tutan Faiq Heydərov işdən çıxıb və onun yerinə “Beynəlxalq Lizinq” QSC-nin İH-nin keçmiş sədri İlham Musayev gətirilib.
Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Şirkətin səhmlərinə 100% sahib olan Fransanın AXA qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” bir qədər əvvəl maliyyə qurumunu azərbaycanlı iş adamı, “Unibank” ASC-nin Müşahidə Şurasının üzvü Elxan Qəribliyə satmağa qərar verib. Tərəflər arasında ilkin razılaşma artıq imzalanıb.

Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259