SIĞORTA

Daha iki şöbə rəhbəri “Günay Sığorta”dan ayrıldı
14 SENTYABR 2017
362

Daha iki şöbə rəhbəri “Günay Sığorta”dan ayrıldı

2017-09-14 12:00:00

Daha iki bölmə rəhbəri “Günay Sığorta”dan ayrılıb. Bunlar Satış Bloku rəhbərinin müavini vəzifəsini icra etmiş Tural Poladov və  zərərlərin qiymətləndirilməsi şöbəsinin rəhbəri Əmirxan Səlimovdur. Bu barədə T.Poladov özü məlumat verib. 

Qeyd edək ki, may ayının 11-dən etibarən əvvəllər şirkətin İdarə Heyətinin sədri olmuş Həsən Bədəlov, Satış üzrə icraçı direktor, Satış Blokunun rəhbəri Əlihüseyn Qasımov, Biznesin inkişafı blokunun rəhbəri Vüqar İbrahimov şirkətdən ayrılmışdı.

 “Günay Sığorta”dan isə məsələ ilə bağlı Fins.az-a verilən rəsmi açıqlamada bildirilib ki, şirkətdə gələcək inkişaf və ölkənin maliyyə bazarında aparıcı mövqe tutması üçün kadr dəyişiklikləri edilib. Şirkət sığorta sektorunda təcrübəsi olan peşəkar komanda tərəfindən idarə ediləcək: “Günay Sığorta işçinin öhdəliklərini, üzərində işlədiyi hər hansı layihəni yüksək səviyyədə icra etməsi üçün ona səlahiyyətləri çərçivəsində azadlıq verir. Hər bir işçinin karyera və peşəkar inkişafı üçün geniş imkanlar yaradır. Ona görə də hal hazırda Günay Sığortada 15 ildən çox fəaliyyət göstərən sadiq əməkdaşlar vardır”. 

“Günay Sığorta”nı peşəkar komanda idarə edəcək” –İddialarla bağlı rəsmi açıqlama

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260