SIĞORTA

Sığorta sektorunda uzunmüddətli aktivlərin xüsusi çəkisi necə dəyişib? - TƏHLİL
17 MAY
247

Sığorta sektorunda uzunmüddətli aktivlərin xüsusi çəkisi necə dəyişib? - TƏHLİL

2018-05-17 11:00:00

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, "Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu aktivlərinin 81,36%-i qısamüddətli, 18,64%-i isə uzunmüddətli olub.

Fins.az xəbər verir ki, bu nisbət ötən il yanvarın 1-nə 87,86% - 12,14% təşkil edib. Başqa sözlə, 2017-ci ildə sığorta sektorunda qısamüddətli aktivlərin xüsusi çəkisi azalıb, uzunmüddətli aktivlərin xüsusi çəkisi isə artıb.

“Günay Sığorta”nı peşəkar komanda idarə edəcək” –İddialarla bağlı rəsmi açıqlama

Bununla belə, ayrı-ayrı sığorta şirkətləri üzrə nisbət fərqlidir. Qısamüddətli aktivlərin payı 20 şirkətdən 7-də 90-100% arasında, 5 şirkətdə 80-90% arasında, 3 şirkətdə 70-80% arasında, 3 şirkətdə 60-70% arasında, 2 şirkətdə isə 50-60% arasındadır. Başqa sözlə, uzunmüddətli aktivlərin payı 20 şirkətdən 7-də 0-10% arasında, 5 şirkətdə 10-20% arasında, 3 şirkətdə 20-30% arasında, 3 şirkətdə 30-40% arasında, 2 şirkətdə isə 40-50% arasındadır.

"Naxçıvan Sığorta" aktivlərinin tərkibini açıqlamayıb.

Sığorta şirkətinin adı

Şirkətin aktivlərində

Qısamüddətli aktivlərin payı

Uzunmüddətli aktivlərin payı

1

Amrah Sığorta

99,71%

0,29%

2

Azərbaycan Sənaye Sığorta

97,07%

2,93%

3

İpək Yolu Sığorta

96,48%

3,52%

4

A-Qrup Sığorta

96,43%

3,57%

5

Qala Sığorta

93,29%

6,71%

6

Atasığorta

91,19%

8,81%

7

Atəşgah Həyat Sığorta

90,22%

9,78%

8

Azsığorta

87,80%

12,20%

9

Xalq Sığorta

85,58%

14,42%

10

PAŞA Həyat Sığorta

83,70%

16,30%

11

PAŞA Sığorta

81,33%

18,67%

12

Günay Sığorta

81,28%

18,72%

13

Standard Insurance

79,75%

20,25%

14

AXA Mbask

71,27%

28,73%

15

Atəşgah Sığorta

70,78%

29,22%

16

Bakı Sığorta

69,50%

30,50%

17

Azərsığorta

68,75%

31,25%

18

Meqa Sığorta

64,57%

35,43%

19

Rəvan Sığorta

56,01%

43,99%

20

Qala Həyat Sığorta

50,37%

49,63%

21

Naxçıvan Sığorta

Açıqlamayıb

Açıqlamayıb

 

Orta hesabla

81,36%

18,64%

Renkinq.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257