SIĞORTA

Bu sığorta şirkətinin yığımları 1,8 milyon artdı
16 MAY
223

Bu sığorta şirkətinin yığımları 1,8 milyon artdı

2018-05-16 10:03:00

“Qala Sığorta” 2018-ci ilin yanvar-aprel ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Fins.az-a verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən bu ilin ilk 4 ayında “Qala Sığorta” şirkətinin peşəkar satış komandası tərəfindən 4 766 547 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1 835 337 manat və ya 63% çox olub.

Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki,2018-cilin ötən dörd ayı ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 347 157 manat sığorta ödənişi verilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 17 795 manat olub. İllik müqayisədə sığorta ödənişlərinin həcmi 329 362 manat və ya təxminən 20 dəfə artım olub.

 Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276