SIĞORTA

"Xalq Sığorta" ilə pis başladı -yarım milyonluq zərər
14 MAY
278

"Xalq Sığorta" ilə pis başladı -yarım milyonluq zərər

2018-05-14 09:52:00

Xalq Sığorta” ASC bu ilin I rübünü 547 min manat zərərlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 1,336 milyon manat mənfəətlə çıxmışdı.

Fins.az xəbər verir ki, 3 ay ərzində “Xalq Sığorta”nın gəlirləri 1,271 milyon manat, xərcləri isə 1,818 milyon manat təşkil edib.

Bu il aprelin 1-nə şirkətin aktivləri 52,575 milyon manat olub ki, bu da illik müqayisədə 2.9% azdır. Son 1 ildə “Xalq Sığorta”nın öhdəlikləri 14,2% azalaraq 6,905 milyon manat, balans kapitalı isə 0,9% azalaraq 45,669 milyon manat, o cümlədən nizamnamə kapitalı 17,3% artaraq 46,188 milyon manat olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254