SIĞORTA

Sabirabaddakı qəzaya görə nə qədər kompensasiya verilməlidir?– MƏBLƏĞLƏR
11 MAY
899

Sabirabaddakı qəzaya görə nə qədər kompensasiya verilməlidir?– MƏBLƏĞLƏR

2018-05-11 11:18:00

Bir neçə gün əvvəl Sabirabad rayonunda 6 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən traktor qəzasıda həlak olanlara və yaralananlara İcbari Sığorta Bürosundan kompensasiya verilməlidir.

Bu barədə Fins.az-a sığorta mütəxəssisi, hüquqşünas İlkin İbrahimov bildirib.

Qeyd edək ki, mayın 7-də Sabirabadda qoşqunun traktora bağlanan hissəsindəki dəmirin yerindən çıxması nəticəsində qəza baş verib. Nəticədə qoşqu su kanalına aşıb. Hadisə zamanı qoşquda olan 7 qadından 6-sı ölüb. Traktorun sürücüsü və qoşquda olan qadınlardan biri xəsarət alıb.

Beynəlxalq sığorta və təkrarsığorta terminləri – ŞÜKÜR HÜSEYNOV

İ.İbrahimovun sözlərinə görə, sığorta qanunvericiliyinə əsasən, həm həlak olan şəxslərə, həm də yaralananlara görə konpensasiyalar müəyyən edilib: «Əgər qoşqu və traktor sığortalı idisə, onda bu kompensasiyanı sığorta şirkəti ödəməlidir. Sığortası olmadığı halda isə həmin məbləği İcbari Sığorta bürosu ölənlərin ailələrinə və yaralılara ödəməlidir». Bundan sonra isə Büro traktorun sahibini məhkəməyə verərək ödədiyi  məbləği ondan geri tələb edə bilər.

Sığorta şirkətlərinin ASA-ya borcu yaranıb 

Qanunvericiliyə əsasən, qəzada həlak olan hər bir şəxsə görə 5 min manat kompensasiya ödənilməlidi. Yaralılara verilən kompensasiyanın məbləği isə alınan xəsarətdən asılı olaraq dəyişir. Belə ki, xəsarətin dərəcəsi yüngüldürsə 750 manat, əlillik qrupu təyin olunmamaqla az ağır və ya ağırdırsa 1500 manat, III, II və ya I qrup əlliliyə səbəb olarsa müvafiq olaraq 2000, 3000 və ya 4000 manat manat kompensasiya verilir. Xəsarətin dərəcəsini hadisəni araşdıran zaman təyin edilmiş tibbi ekspertiza müəyyən edir.

Bu mənada qəzada həlak olanların yaxınları və yaralananlar sığorta şirkətinə və İSB-yə müraciət edərək kompensasiya ələb edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256