SIĞORTA

Sığorta vasitəçiliyi üzrə attestasiya keçiriləcək
10 MAY
243

Sığorta vasitəçiliyi üzrə attestasiya keçiriləcək

2018-05-10 10:24:00

Mayın 10-11-də və 21-29-da Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi və sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər üçün attestasiya keçirməyi planlaşdırır. 

Fins.az Palataya istinadən xəbər verir ki, attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarına əsasən, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət edən və sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər attestasiyaya dəvət olunurlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276