SIĞORTA

Sığorta mübahisələrində mediatorun pulunu kim verəcək?
08 MAY
306

Sığorta mübahisələrində mediatorun pulunu kim verəcək?

2018-05-08 12:30:00

 Xəbər verdiyimiz kimi, Azərbaycanda sığorta mübahisələrinin mediasiya, yəni danışıqlarla həllinə başlanır. Burada maraqlı məsələlərdən də biri mediatorla bağlı xərclərin necə qarşılanacağı ilə bağlıdır. Sığorta eksperti Xəyal Məmmədxanlı Fins.az-a müsahibəsində bildirib ki, bu məsələ “Mediasiya haqqında” qanun layihəsinin 26-cı maddəsində qeyd edilib.

“Sığorta mübahisələrini “qazı” həll edəcək” – Xəyal Məmmədxanlı

Mediatora ödənilən məbləğlə bağlı layihədə konkret tarif müəyyən edilməyib. Bu məbləğ mediasiya prosesi başlanana qədər tərəflərlə mediator arasındakı razılıq əsasında müəyyən olunur. Maddəyə əsasən mediasiyanın keçirilməsi ilə bağlı xərclər başqa qayda nəzərdə tutulmayıbsa, tərəflər arasında bərabər bölüşdürülür. Bu xərclərə mediatorun qonorarı, mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri daxildir. Ümumilikdə isə qanun hələlik layihə şəklindədir, bir sıra məsələlərin də öz əksini tapmasına ehtiyac var.

Məhkəməyə getmədən, məsələni 1 günə həll edin – YENİ ÜSUL

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254