SIĞORTA

“Atəşgah” və “Atəşgah Həyat” nəticələrini açıqladı
07 MAY
210

“Atəşgah” və “Atəşgah Həyat” nəticələrini açıqladı

2018-05-07 11:05:00

“Atəşgah” Sığorta Qrupu 2018-ci ilin birinci rübü üçün maliyyə hesabatını təqdim edib. Belə ki, şirkətlərin 2018-ci ilin yanvar-mart ayları ərzində topladığı sığorta haqlarının ümumi həcmi 21,5 milyon manat təşkil edib.

Belə ki, “Atəşgah” Sığorta Şirkətinin cari ilin ilk rübü ərzində sığorta haqlarının həcmi  8,4 mln. manat təşkil etməklə keçən ilin analoji dövrü ilə müqayisədə 16% artım nümayiş etdirilib. Sığorta ödənişlərinin həcmi isə 4,5 milyon manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur.   

“Atəşgah” SŞ - nin 2018-ci ilin birinci rübü ərzində ən çox ödəniş etdiyi sığorta növü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur ki, bu sığorta növü üzrə ödənişin ümumi məbləği 2,7 mln.manat təşkil etmişdir. Qeyd edək ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur.

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin  sığorta haqları isə 56% artaraq 13,1 mln.manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276