SIĞORTA

Sığorta agentliyinin rəhbərinə vəzifə verildi
04 MAY
1099

Sığorta agentliyinin rəhbərinə vəzifə verildi

2018-05-04 15:24:00
Azərbaycanda yeni yaradılmış "InsurALL" sığorta agentliyinin rəhbəri Əli Bayramov Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) icraçı direktoru təyin edilib. Bu barədə Əli Bayramov özü məlumat verib.

Ə.Bayramovun sözlərinə görə, artıq o fəaliyyətini ARPA-da davam etdirəcək: "InsurALL" sığorta agentliyindən uzaqlaşdım. Agentliyin direktor vəzifəsini müvəqəti olaraq Selbin Ələkbarova icra edəcək”.   
 
Qeyd edək ki, Qeyd edək ki, "InsurALL” MMC adlanan yeni sığorta agentliyi 2017-ci ilin sentyabr ayından etibarən fəaliyyətə başlamışdı. Şirkət digər sığorta agentliklərindən fərqli olaraq təkcə avtomobillərin icbari sığortası deyil, bütün sığorta məhsullarının satışını həyata keçirirdi. Hazırda isə şirkət fəaliyyətini passiv şəkildə davam etdirir. (Fed.az) 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257