SIĞORTA

KAMAL İBRAHİMOV: Sahibkarlara tövsiyəmiz ondan ibarətdir ki... – MÜSAHİBƏ
03 MAY
780

KAMAL İBRAHİMOV: Sahibkarlara tövsiyəmiz ondan ibarətdir ki... – MÜSAHİBƏ

2018-05-03 11:27:00

Fins.az “Qala Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri Kamal İbrahimovun müsahibəsini təqdim edir:

- Hörmətli Kamal müəllim, 2017-ci il “Qala Həyat” üçün necə xarakterizə edirsiniz. 2018-ci il üçün hansı gözləntiləriniz var? 
- Ötən ilin sonuna nəzər salsaq, 2017-ci il də “Qala Həyat” şirkəti üçün tətbiq olunmuş strategiyaya uyğun qaydada uğurla davam edib. Düzgün istiqamətə yönəlmiş strategiyada 2018-ci il “Qala Həyat” üçün daha yadda qalan və məhsuldar il olacaq. Bu il ərzində şirkət tərəfindən bir neçə yeniliklər olacaq ki, bu yeniliklərdən biri də bazar üçün həyat sığortasına aid sərfəli şərtlərlə məhsulların təqdim edilməsidir.    
- Şirkətinin bu il üçün planları nədir, yeni məhsul üzərində işlər aparılırmı?
- Sığorta bazarında daima öz dinamik ikişafı ilə diqqəti cəlb edən “Qala Həyat” orta müddətli strategiyasına uyğun olaraq, 2018-ci il üçün illik planında Azərbaycan sığorta bazarı, o cümlədən müştərilərin tələblərinə cavab verə biləcək səviyyədə yeni sığorta məhsullarının hazırlanması və onun bazara təqdim etməsini nəzərədə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər görülür.
Bundan başqa, bu il ərzində qarşıda bir çox plan və hədəflərimiz də var. Bu planlardan biri də ölkədə həyat sığortası ilə bağlı maarifləndirmə işlərini daha geniş şəkildə davam etdirməkdir. Həyat sığortası sahəsi Azərbaycanda sığortanın yeni xidmət növlərindən olduğu üçün əhalinin bu haqda məlumatı və biliyi qənaətbəxş hesab olunan səviyyədə deyil. Azərbaycanda həyat sığortası sahəsinin potensialı çox böyükdür. Lakin bu sahənin daha sürətli inkişafı üçün maarifləndirmə işləri aparılmalıdır, eyni zamanda bazara ölkə əhalisi üçün əlverişli tariflərlə yeni sığorta məhsulları çıxarılmalıdır. Bir sözlə, bazar həyat sığortası məhsulları ilə zənginləşməlidir ki, müştərilər məhsul seçimində müxtəlif tariflərdən istifadə edə bilsin. Bunun məsuliyyəti isə birbaşa sığorta şirkətlərinin üzərinə düşür.
- Korporativ və fərdi müştərilərlə əməkdaşlıq əlaqələri necə inkişaf etdirilir?
- Biz “Qala Həyat” olaraq, korporativ müştərilərlə yanaşı fərdi müştərilərlə də yaxından əməkdaşlıq edirik və bu şirkətin sığorta portfelində də müvafiq göstərici ilə öz əksini tapır. Hazırda “Qala Həyat” bazara o cümlədən, fərdi və korporativ müştərilərə müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.  Sayından da göründüyü kimi bazara təklif olunan həyat sığorta məhsullarının çeşidinə görə, “Qala Həyat” digər göstəriciləri kimi bazarın aparıcı şirkəti hesab edilir.      
- Sığorta bazarında effektivliyi necə artırmaq olar? 
- Ümumiyyətlə son illərdə Azərbaycanın sığorta bazarı sürətli inkişaf dövrünü yaşayır. İnkişaf həm bazarın genişlənməsi, eyni zamanda sığorta şirkətlərinin peşəkarlığının və xidmət mədəniyyətinin artmasında özünü göstərib. İqtisadi inkişafın sürətləndiyi bir vaxtda dövlət sığorta sektoruna da öz diqqətini artıraraq bu sahənin inkişafı istiqamətində bir çox islahatlar həyata keçirdi. Bu sahənin inkişafına Maliyyə Nazirliyinin, nəzarətedici qurumun, İcbari Sığorta Bürosunun, ictimai qurum kimi Azərbaycan Sığortaçılar Assosiasiyasının həyata keçirdikləri proqram və işləri danılmazdır. Lakin bazarda effektliyi daha da artırmaq üçün sığorta şirkətləri tərəfindən həyata keçirilən maarifləndirici layihələrin sayı daha çox olmalıdır. Təbii ki, bu işdə yalnız sığorta şirkətləri deyil, həmçinin bu sahəyə nəzarət edən qurumun da  dəstəyi lazımdır.
İlk növbədə sığorta şirkətləri Bakı və regionlarda istər həyat sığortası istərsə də, qeyri-həyat sığortası ilə bağlı əhalini sığorta məhsulları ilə bağlı geniş və ətraflı məlumatlandırmaları üçün müvafiq proqramlar hazırlamalıdır. Bu maarifləndirmə layihələri davamlı olaraq həyata keçirilməlidir. Düşünürəm ki, bu cür layihələr bazarda effektliyi daha da artırar.  
 - Bizneslərin sığortası üçün hansı yeni təklifləriniz var?
- Məlum olduğu kimi, mən “Qala Həyat”la yanaşı,  eyni zamanda “Qala Sığorta” şirkətinin də Müşahidə Şürasının sədriyəm və bildirimək istəyirəm ki, növbəti müsahibələrimdə qeyri-həyat sığortası barədədə geniş məlumat verməyə hazıram. Hazırda isə, yeri gəlmişkən, qeyd edim ki, yerli iş adamlarına maraqlı proqramlarımız və təkliflərimiz nəzərdə tutulub. Biznesin durmadan inkişafı, qorunub müdafiə olunması, xərclərin səmərəliliyinin artırılması, müəssisələrdə sosial öhtəliklərin genişləndirilməsi və gözlənilməz hadisələrdən maddi təminatın yaradılması istiqamətində yeni məhsullar hazılrlayırıq. Qısa bir zamanda əlverişli və faydalı partnyor təkliflərimizi təqdim edəcəyik.
- Sahibkarlara tövsiyəniz....
- Bildiyimiz kimi, Azərbaycanın sürətli iqtisadi inkişafında özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Özəl sektor, kiçik və orta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyil. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən Azərbaycanda uğurla aparılır.
Sahibkarlara tövsiyəmiz ondan ibarətdir ki, stabil-iqtisadi bir vəziyyətdə sahikarlarımız öz bizneslərində müvafiq sığorta xidmətlərindən də yararlana bilsinlər. (Fed.az) 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256