SIĞORTA

Bağlanan sığorta şirkətinin kreditorlarına ödənişlər başladı
02 MAY
310

Bağlanan sığorta şirkətinin kreditorlarına ödənişlər başladı

2018-05-02 11:30:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC-nin kreditorlarının ikinci növbə tələbləri üzrə ödənişlərə cari ilin 30 aprel tarixindən etibarən başlanılıb. Fins.az xəbər verir ki, ikinci növbə ödənişlər şəxsi sığorta növləri üzrə sığorta hadisələri nəticəsində dəymiş zərərlərə aiddir. 

Kreditorların tələblərinin birinci növbə üzrə sığorta ödənişləri “İcbari Sığortalar haqqında” Qanuna  əsasən İcbari Sığorta Bürosu tərəfindən qarşılanıb.

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” ASC müflis elan edilmiş və onun iflası proseduruna başlanılmışdır. Bu müddət ərzində ləğv prosesində olan “Alfa Sığorta” ASC-nin kreditorlarının tələblərinin reyestri tərtib edilmiş və məhkəmə tərəfindən təsdiq edilmişdir. Məsələyə yekun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmışdır.

Hazırda sığorta şirkətinin ləğvetmə prosesi davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276