SIĞORTA

Fariz Hacızadə “AtaSığorta”nın əsas hədəflərini açıqladı
01 MAY
870

Fariz Hacızadə “AtaSığorta”nın əsas hədəflərini açıqladı

2018-05-01 16:43:00

“Şirkətimizin qəbul edilmiş strategiyası önümüzdəki illərdə əsas hədəf olaraq könüllü sığorta növlərinin artırılmasına fokslanmaqdır”. Bunu Fins.az-a açıqlamasında “AtaSığorta” ASC-nin Sığorta Xidmətləri Departamentinin direktoru Fariz Hacızadə deyib.

Belə ki, 2017-ci ilin yekunlarına  dair toplantıda rəhbərliyin satış komandasına verdiyi əsas tapşırıqlardan biri qarşıdakı illəri icbari sığorta növləri üzrə satış həcmini qoruyub saxlamaqla yanaşı daha çox könüllü sığorta növləri üzrə satışların artırılması, işlərin bu istiqamətdə yenidən daha səmərəli və məqsədyönülü təşkili üzrə olub.

F.Hacızadə qeyd edib ki, düzgün seçilmiş strategiya ilə hazırkı vaxtda 2017-ci ilin I rübü ilə müqayisədə könüllü sığorta növləri üzrə satış göstəricilərinin 2018-ci ilin  I rübü ilə müqayisədə 21 faiz artdığını müşahidə edə bilərik. Sığorta satışları daha çox  yüklərin (nəqliyyat) sığortası, üçüncü şəxlər qarşısında mülki məsuliyyət sığortası,əmlakın yanğından və digər risklərdən sığortası, avtonəqliyyat vasitələrinin sığortası üzrə olub.

Satış strukturunda çalışan əməkdaşların bilik və bacarıqlarının daim artırılması üçün mütəmadi olaraq, şirkətdaxili seminar və mühazirələrlə yanaşı, digər peşəkar təlim və treninq mərkəzləri tərəfindən təşkil edilən təlimlərdə də iştirakını bilavasitə təşkil edilir. Burada əsas məqsəd şirkətin inkişaf proqramına uyğun olaraq mövcud kadr ehtiyatından daha səmərəli istifadə etməkdir.

Həmçinin 2018-2020-ci illər üçün əhatə dairəmizin genişləndirilməsi qəbul edilmiş strategiyanın əsas istiqamətlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256