SIĞORTA

Sığorta şirkətində şəxsi məlumatlara görə kim məsuliyyət daşıyır? –ELÇİN EYVAZOV
01 MAY
763

Sığorta şirkətində şəxsi məlumatlara görə kim məsuliyyət daşıyır? –ELÇİN EYVAZOV

2018-05-01 11:28:00

Sığorta şirkətləri əsasən iki məqsədlə məlumat toplayırlar. Bunlardan birincisi sığorta müqaviləsini hazırlamaq, şəhadətnamənin buraxılması üçün alınması lazım olan məlumatlar, ikincisi isə gələcəkdə qarşılarına məqsəd qoyduqları məhsul və xidmətlərin satışı üçün lazım olan məlumatlardır.

Bu məlumatların maksimum diqqət və etibarlı şəkildə qorunması lazımdır. Bunun üçün də sığorta şirkətləri lazımi kompüter infrastrukturlarını qurmaq və inkişaf etdirmək məcburiyyətindədirlər.

Sığorta şirkətlərinin internet məkanında yerləşən veb səhifələri əsasən hər hansı bir şəxsi məlumat verilmədən təqib edilir. Həm şirkət məlumatları həm də məhsul və xidmət məlumatları bu səhifələrdənəldə edilir. Ancaq zəruri hallarda şəxsi məlumatlar alınıbsa bu halda bu məlumatlar, məlumatı verən şəxs və ya təşkilatın xəbəri və razılığı olmadan (əgər qanuni bir zərurət yoxdursa) heç bir şəkildə üçüncü şəxslərlə bölüşdürülmür. Həmçinin bu məlumatlar ən yüksək məxfilik və təhlükəsizlik standartlarına uyğun şəkildə qorunmalıdır.

Sığorta şirkətlərinin öhdəliyində olan şəxsi məlumatlara yalnız səlahiyyətli şəxsi heyət, ya da bu məlumatların gizli qalacağını öhdəlik daşıyanəməkdaşlar tərəfindən baxılmalıdır.

Təəssüf ki, hər gözəlliyin bir də pis tərəfi var. Bu qədər zəhmət və pul xərclənərək əldə edilən sistemlər pis niyyətli insanların əlində pis məqsədlər üçün istifadə edilir. Hər gün müxtəlif dələduzluq hadisələrinin eşidilməsi heçdə təəccüblü deyil. Cinayətlər də texnologiyanın inkişafı ilə paralel olaraq yeni formalar alır. Sistemlərin zəif nöqtələrini kəşf edən və bundan istifadə etməyin yollarını axtaran insanlar azalacaq ölçüdə deyil təəssüf ki.

Şəxsi məlumatların qorunması bu nöqteyi-nəzərindən getdikcə əhəmiyyət daşımağa başlayıb vəbu məsələ “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən sığorta bazarının peşəkar iştirakçıları peşəkar fəaliyyətləri nəticəsində əldə etdikləri sığorta sirri hesab edilən məlumatları qorumalı və həmin məlumatları Qanunda nəzərdə tutulan hallardan başqa digər şəxslərə açıqlamamalıdırlardeyə bildirilir.

Sığorta şirkətləri üçün şəxsi məlumatların istifadəolunması zamanı aşağıdakı prinsiplərə əməl olunmalıdır:

-      Şəxsi məlumatların toplanması, istifadə olunması və saxlanması üçün məsul şəxsdən öhdəlik alınması vacibdir.

-      Şəxsi məlumatların əvvəlcədən müəyyən edilmiş bir məqsəd üçün toplanmış və istifadə edilmiş olması lazımdır.

-      Şəxsi məlumatlar, toplanma məqsədi ilə əlaqəli, yetərli və mütənasib olmalıdır. və.s.

 Onuda qeyd edim ki, şəxsi məlumatların qorunmasında müştərilər özləri də maraqlı olmalıdır. Belə ki onlar:

-      Etibarsız satış nöqtələridən şəhadətnamə almamalıdırlar,

-      Etibarlı olmayan internet saytlarından sığorta əldə etməməlidirlər,

-      Hədiyyə kompaniyalarında iştirak etmək üçün şəxsi məlumatlarını (eləcədə sığorta şəhadətnaməsinin məlumatlarını) paylaşmamalıdır və s.

Məlumatların qorunmasında sığorta şirkətləri ilə bərabər digər qurumlar da məsuliyyət daşımalıdır. Bir sığorta şirkəti, müştəri məmnuniyyəti anlayışını təşkilati dəyərləri ilə birlikdə inkişaf etdirərsə, bunda uğurlu olacaqdır. Bunun üçün də qarşılıqlı etibar çox əhəmiyyətlidir. Sığorta şirkətlərinin müştəri məlumatlarının gizli tutulmasına göstərəcəyi diqqət də müştəri məmnuniyyəti anlayışının bir hissəsidir.Müştərilərin ehtiyaclarını görən və bunları nəzərə alaraq yaradıcı və müsbət həll bəxş edən sığorta şirkətləri müştəri məmnuniyyəti mövzusunda çətinlik çəkməyəcəkdir.

Hər şeydən əvvəl düşünməlidilər ki, şəxsi məlumatların yayıldığı bir halda müştəri məmnuniyyətindən söz gedə bilməz.

Bizim üçün də müştəri məmnuniyyəti daim ön planda olmalıdır.

Elçin Eyvazov

Sığorta eksperti (Fins.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257