SIĞORTA

Bakıda yanan məşhur bina sığortalı olub, amma... –EKSKLÜZİV
30 APREL
1437

Bakıda yanan məşhur bina sığortalı olub, amma... –EKSKLÜZİV

2018-04-30 12:40:00

Aprel ayının 28-də yanğın baş verən “Tramp Tower” adını daşımış bina sığortalı olub. Fins.az-ın araşdırmasına görə, göydələn 2015-ci ilin sonunda ləğv edilən “Qarant Sığorta” şirkətində sığortalanıb. Sığorta şirkəti ləğv edildikdən sonra 2016-cı ildə portfeli “Paşa Sığorta” şirkətinə ötürüldüyü üçün öhdəliklər üzrə cavabdeh də bu şirkətdir. Fins.az məsələ ilə bağlı  “PAŞA Sığorta” şirkətinə müraciət edib. Şirkətdən bildirilib ki, adıçəkilən göydələnin könüllü sığortası üzrə öhdəliklər “PAŞA Sığorta”ya aid olub. Amma sığorta müqaviləsinin müddəti 2018-ci ilin mart ayının 1-də bitdiyi üçün binaya yanğın nəticəsində dəyən ziyan üzrə sığorta ödənişi düşmür. Binanın sığortası üzrə öhdəliklərin ümumi həcmi açıqlanmır. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

 Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267