SIĞORTA

Azərbaycanlı aktuari beynəlxalq yarışda "ən yaxşı" seçildi
30 APREL
569

Azərbaycanlı aktuari beynəlxalq yarışda "ən yaxşı" seçildi

2018-04-30 11:05:00

"Paşa Həyat Sığorta" şirkətinin məsul aktuarisi Dilarə Əsədovanın formulu ICA 2018 (Aktuarilərin Beynəlxalq Konqresi 2018) üçün ən yaxşı formul seçilib. Fins.az xəbər verir ki, 4 ildə bir dəfə təşkil edilən Aktuarilərin Beynəlxalq Konqresi (International Congress of Actuaries 2018 in Germany) 03-08 iyun 2018-ci il tarixində Almaniyanın Berlin şəhərində keçiriləcək. D.Əsədova həmin tədbirdə Azərbaycanı təmsil edəcək. 

Qeyd edək ki, Aktuarilərin Beynəlxalq Konqresində D.Əsədova ilə yanaşı, Azərbaycanı Maliyyə Nazirliyindən Gündüz Əliyev,Tofiq Məmtiyev, Cass Business School-dan (United Kingdom) Xədicə Qasımova, "AzRe Təkrarsığorta"dan Sərxan Mikayılov, "Meqa Sığorta"dan Emil Ağamalıyev və "İpək Yolu Sığorta"dan Kamil Əzimov təmsil edəcək.

Xatırladaq ki, sözügedən tədbirdə dünyanın 100-dən çox ölkəsindən 2700-dən artıq aktuari iştirak edəcəkdir. Eyni vaxtda ondan artıq komitə və alt komitələr üzrə keçirilməsi nəzərdə tutulan haqqında bəhs edilən beynəlxalq tədbir iştirakçılara fəaliyyət istiqamətinə və arzusuna uyğun mövzular üzrə aktuari sahəsində müasir inkişaf tendensiyasını özündə ehtiva edən mühazirələri dinləməyə və müzakirələrdə iştirak etməyə imkan yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259