SIĞORTA

Peşəkar mühasiblərin əmək haqları artacaq
26 APREL
818

Peşəkar mühasiblərin əmək haqları artacaq

2018-04-26 15:36:00
Fins.az “Rəvan Sığorta” ASC-nin Maliyyə Departamentinin müdiri-Baş mühasib Fuad Famil oğlu Əliyevin yazısını təqdim edir.
Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli fərmanı ilə təstiq edilmiş Strateji Yol Xəritəsinə uyğun olaraq gedən islahatlar, cəmiyyətimizin bütün sahələrindən şəffaflıq, dürüslük və dəqiqlik tələb edir. Düzgün mühasibat uçotu amilini nəzərə almadan şəffaf iqdisadiyatdan danışmaq olmaz. “Milli Mühasibat Uçotu”nun “Beynəlxalq Mühasibat Uçotu Standartları”na uyğunlaşdırılmasının gündəmə çıxması özü-özlüyündə ölkəmizdə mühasibat uçotunda yeni eranın başlayacağına bir işarədir. Bununla paralel olaraq müəsissələrdə mövcud uçot siyasətlərinə yenidən baxmaq və fərdi qaydada hər bir müəssisə tərəfindən öz prinsiplərini nəzərə almaqla yenilənmiş normativ aktlara uyğunlaşdırmaq zərurəti yaranacaq. Düşünürəm ki, inteqrasiya prosesinə kifayət qədər vaxt lazım olacaq, qəbul olunan qərar retrospektiv xarakter daşımayacaq və keçid dövrü mərhələli şəkildə həyata keçiriləcək. Beynəlxalq standartlara inteqrasiya qaçılmazdır və hesab edirəm ki, bu sahədə mövcud işçi quvvəsinin peşəkarlığının artırılmasına ehtiyac var. Müvafiq parametrlərə cavab verən, savadlı mühasiblərin ordusu formalaşmalı, maliyyə və idarəetmə hesabatlarının hazırlanması və təqdim edilməsinə ümumi yanaşma dəyişməlidir. Mühasibat uçotunun prinsiplərindən biri də mahiyyətin formadan üstünlüyüdür ki,  mühasibdən hər hansı bir əməliyyata düzgün prizmadan yanaşma tələb edir və uçotun aparılmasında əsas amillərdən hesab olunur. Bu baxımdan yaxın gələcəkdə mühasib peşəsinin aktuallığı gündəmdə olacaq. Peşəkar mühasiblərə tələbin artması fonunda bu peşə sahiblərinin orta aylıq əmək haqlarında da artım proqnozlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259