SIĞORTA

“Vəziyyəti pis olan sığorta şirkətlərinə şans veriləcək”
25 APREL
426

“Vəziyyəti pis olan sığorta şirkətlərinə şans veriləcək”

2018-04-25 11:22:00

Azərbaycanda bağlanmaqda olan sığorta şirkətlərinə əlavə şans veriləcək. Bunu Fins.az-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli bildirib.

O deyib ki, “Sığorta fəaliyyəti haqqında” Qanuna əlavə layihəsinin müzakirəsi üzrə Prezident Administrasiyasında görüşdə bununla bağlı keçirilib.

Belə ki, hazırkı vəziyyətdə sığorta şirkətinin məcmu kapitalı azalanda, müəyyən həddə çatanda nəzarətedici orqan sağlamlaşdırma tədbirlərinə keçir. Şirkətdən sağlamlaşdırılma barədə plan istəyir, şirkətin rəhbərinin dəyişməsini tələb edir. Sığorta şirkətinin vəziyyəti pisləşən kimi lisenziyasını ləğv edir. Qanuna dəyişiklik edildikdən sonra isə sığorta sahəsində müvəqqəti inzibatçılıq tətbiq ediləcək: “Sadə şəkildə desək, biri var, Palata gözləyir, şirkətin vəziyyəti pisləşən kimi lisenziyanı ləğv edir, biri də var, artıq sığorta şirkətinin vəziyyətinin pisləşməsini gözləmir, tədbirlər görməyə başlayır. Bu tədbir də müvvəqqəti inzibatçılıqdır”.

O bildirib ki, əksər xarici ölkələrdə təcrübəsində müvəqqəti inzibatçılıq institutu var. Azərbaycanda banklarda hazırda bu sistem mövcud olsa da, sığorta sektorunda yox idi. Ona görə də sığorta sahəsində də müvəqqəti inzibatçılığın tətbiq edilməsi müzakirə edilir: “Hələ bu sahədə işə yeni başlanılıb”  

M.Abbasbəyli hesab edir ki, bu addım bağlanmamışdan əvvəl sığorta şirkətlərinə verilən əlavə bir dəstək, son şansdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253