SIĞORTA

ASA-da agent və brokerlər üçün "açıq qapı" olacaq
24 APREL
205

ASA-da agent və brokerlər üçün "açıq qapı" olacaq

2018-04-24 14:48:00

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA)27 aprel 2018-ci il tarixində saat 14:30 – 17:30 aralığında sığorta vasitəçiləri – sığorta agentləri və sığorta brokerləri üçün açıq qapı günü elan edir. Fins.az xəbər verir ki, Açıq qapı günündə iştirak edən sığorta vasitəçilərinin ASA rəhbərliyi ilə görüşü keçiriləcəkdir. Görüş əsnasında vasitəçilərə ASA-nın cari fəaliyyəti barədə məlumat verilməsi, onları maraqlandıran sualların cavablandırılması, eləcə də, vasitəçilərin fəaliyyətinə dəstək verilməsi məqsədilə onların fəaliyyəti ilə əlaqədar halların müzakirəsi nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277