SIĞORTA

11 sığorta şirkətinin ödənişləri artıb
23 APREL
231

11 sığorta şirkətinin ödənişləri artıb

2018-04-23 10:46:00

Bu ilin yanvar-mart ayının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 11-nin ödənişləri illik müqayisədə artıb, 9-nun ödənişləri azalıb və 1 şirkət ("Naxçıvan Sığorta") 1 il bundan əvvəl bazarda olmadığı üçün isə onların ödənişlərində dinamika qeydə alınmayıb.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "İpək Yolu Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 326 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 46,6 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə "Meqa Sığorta" ASC-dir. Bu şirkətin ödənişləri ötən 3 ayda 623 min manat təşkil edib ki, bu da illik müqayisədə 5,8% çoxdur.

Ödənişləri ən çox azalan şirkət "A-Qrup Sığorta"dadır. Bu şirkət 3 ay ərzində 1,693 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 2,5% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 69,3% azalaraq 6,311 milyon manata düşüb. (Renkinq.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277