SIĞORTA

Xarici ölkədə sənədlərin itərsə cəriməni “Qala Sığorta” ödəyəcək – YENİ SƏYAHƏT PAKETİ  
19 APREL
458

Xarici ölkədə sənədlərin itərsə cəriməni “Qala Sığorta” ödəyəcək – YENİ SƏYAHƏT PAKETİ  

2018-04-19 18:50:00
Bu gün Bakıda dünya turizm brendlərinin iştirakı ilə "Baku Travel Bazar wellness & Leusure” adlı beynəlxalq sərgi keçirilib. Sərgiyə təşkilati dəstək göstərən “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətinin nümayəndələri də yaxından iştirak edib.
“Qala Sığorta”nın satış departamentinin əməkdaşı Mirzə Fərhadov saytımıza açıqlamasında bildirdi ki, “Qala Sığorta” və “Qala Həyat” sığorta şirktləri həm də bu tədbirin məzmununa uyğun məhsullar təqdim etdiyi üçün sərginin sponsorudur və bu sərgidə səyahət sığortası paketini geniş ictimaiyyətə təqdim edir:
“Şirkətimiz 2015-ci ildən fəaliyyət göstərir. Bütün növ sığorta məhsulları təklif edirik. Bu gün təqdim etdiyimiz əsas xidmət səyahət sığortası istiqamətindədir”. Onun sözlərinə görə, “Qala Sığorta” və “Qala Həyat” sığorta şirktləri səyahət sığortası növü bazarında bir çox yenilikləri ilə fərqlənir. Belə ki, standart paketlərdən əlavə, baqaj təminatı, baqajın itirilməsi və müştərinin təyyarəyə gecikməsi, eyni zamanda təyyarənin gecikməsi, sənədlərin xaricdə itirilməsi halında problemin aradan qaldırılması və ya dəymiş zərərin ödənilməsi xidmətlərimiz var. Və bütün bu xidmətlərin müqabilində heç bir ödəniş tələb edilmir.
Baqajın itərsə - 10 avro kompensasiya
“Məsələn kimsə burda baqajı təhsil verir, səfər etdiyi ölkədə onu geri almağı unudur. Avia-şirkətdən həmin adama baqajının itməsi ilə bağlı sənəd verilir. Müştəri həmin sənədi bizim şirkətə təqdim edir. Baqajın 30 günlük axtarılma müddəti ərzində o baqaj tapılmasa “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətləri baqajın hər kilosuna görə 10 dollar və ya 10 avro məbləğində kompensasiya ödəyir”.
Təyyarə gecikərsə - 15 dollar təzminat
“Məsələn hava şəraitinə və ya digər səbəblərə görə təyyarə gecikir və müştəri gözləmək məcburiyyətində qalır, bununla da vaxt itirir. Həmin müştəriyə ilk 3 saat franşiza olmaqla vaxt itirdiyi üçün 15 dollar və ya 15 avro dəyərində təzminat onu sığorta edən “Qala Sığorta” və “Qala Həyat” tərəfindən verilir”.
Xarici ölkədə sənədlərin itərsə - cəriməni “Qala Sığorta” ödəyir 
“Müştəri xarici ölkədə sənədlərini itirsə, Azərbaycana qayıtdıqdan sonra təbii olaraq ASAN xidmətə müraciət edir. Bu zamanda müştərinin yerinə müvafiq cəriməni bizim şirkət ödəyir”.
Təyyarəyə gecikməyə görə - 500 avro
“Uçuş günü hər hansı bir fors-major hal yaşandığı üçün təyyarəyə gecikmə baş verərsə şirktəmiz tərəfindən müştəriyə 500 dollar və ya 500 avro məbləğində vəsait ödənilir ki, biletini rahatlıqla dəyişə bilsin”. (Fed.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253