SIĞORTA

Sığorta bazarı orta sürətlə irəliləyir -SON RƏQƏMLƏR
19 APREL
236

Sığorta bazarı orta sürətlə irəliləyir -SON RƏQƏMLƏR

2018-04-19 14:36:00

2018-ci ilin yanvar-mart ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb. Fins.az xəbər verir ki, 2018-ci ilin yanvar-mart ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 193.1 mln. manat məbləğində sığorta haqları toplanmış, 60.3 mln. manat məbləğində sığorta ödənişi aparılıb. Başqa sözlə, ötən ilin eyni dövrü ilə müqayisədə yığımlar 26,8 % artıb, ödənişlər isə 0,2% azalıb.

Könüllü sığorta bazarı üzrə haqlar 157.1 mln. manat, ödənişlər isə 44.4 mln. manat təşkil etmişdir. İcbari sığorta bazarı üzrə haqlar 36 mln. manat, ödənişlər isə 15.9 mln. manat olmuşdur.

2018-ci ilin yanvar-mart ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 81%-i  könüllü, 19%-i isə icbari sığorta növlərinin payına düşmüşdür. Sığorta ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşmışdır.

2018-ci ilin yanvar-mart ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276